Bakıda sahibkarlar və menecerlər üçün treninq keçirilib

1
801
biznes treninq

İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Bakıda aqrar sahədə fəaliyyət göstərən sahibkarlar və menecerlər üçün treninq keçirilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Gənclər və “Elektron hökumət”, “Kənd təsərrüfatında layihələrin idarə edilməsi və maliyyələşdirilməsi” mövzularını əhatə edən treninqdə iştirakçılara elektron xidmətlər və onların şəffaflığın artırılması üçün yaratdığı əlverişli imkanlar, layihə təkliflərinin hazırlanması, layihənin həyata keçirilməsi üçün müvafiq strukturların yaradılması, layihənin maliyyələşdirmə mexanizmi və s. barədə ətraflı məlumat verilib.

Treninqdə mövzular üzrə təqdimatlar keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

1 COMMENT