Əsas səhifə Biznes Bakıda restoranların, çayxanaların dövriyyəsi 500 milyon manata yaxındır

Bakıda restoranların, çayxanaların dövriyyəsi 500 milyon manata yaxındır

1102
Paylaş

Bu ilin yanvar-iyul aylarında Bakı şəhərində ictimai iaşə dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2,6 faiz artaraq, 494,0 milyon manat olub.

Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verilirki, dövriyyənin 43,3 faizi hüquqi şəxs statuslu müəssisələrin, 56,7 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür. Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyənin həcmi 2016-cı ilin yanvar-iyul ayları ilə müqayisədə 19,6 faiz artaraq, 213,7 milyon manat təşkil edib.


©oxu.az