Bakıda “pul paylayan aparat” yığışdırılır

Date:

Paylaş:

Bakıda “Azpul” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) məxsus “Azpulmat” özünəxidmət terminalları yığışdırılıb.

Bizplus.az xəbər verir ki, noyabrın 24-də müvafiq dövlət qurumları tərəfindən əməliyyat keçirilib, terminallara blok qoyulub.

Hazırda MMC-nin fəaliyyəti ilə bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, şəhərin bir neçə ərazisində quraşdırılan el arasında “borc aparatı” kimi təqdim edilən aparatlardan insanlar şəxsiyyət vəsiqəsini, barmaq izini aparata daxil etməklə, 20 AZN məbləğində borc pul alırdılar.

Həmin borc beş gün ərzində 21 AZN şəklində, yəni faizlə qaytarılırdı. Təkrar müraciət zamanı isə 40 AZN götürmək mümkün idi.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...