Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Bakıda “Partners & Business” tədbiri keçiriləcək

Bakıda “Partners & Business” tədbiri keçiriləcək

225
Paylaş

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) və Marsol şirkətinin birgə təşkilatçılığı ilə martın 15-də “Partners & Business” sərgi-konfransı keçiriləcək.

Bu barədə “Report”a ASK-dən bildirilib.

ASK-dən verilən məlumata görə, sərgidə 100-dən artıq yerli şirkətin tanıtımı, B2B formatında görüşlər, canlı musiqi, video-foto çəkiliş və mükafatlandırma mərasimi olacaq. Sərgiyə giriş ödənişsizdir.

Həmçinin həmin gün saat sahibkarların iştirakı ilə sərgi-konfrans baş tutacaq. Tədbirdə dövlət orqanlarının, sosial tərəfdaşların, elm-təhsil müəssisələrinin, beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı, bir sıra çıxışlar nəzərdə tutulur. Belə ki, Təbriz Hacınski “Müəssisələrin kadr idarə etməsində profaylinq sistemini necə tətbiq etmək olar?”, Vüqar Poladov “İdarəçilərin və sahibkarların bilməli olduğu maliyyə” və Sakit Səmədov “Nəzarət üçün sistemləşmə, sistemləşmə üçün nəzarət”, mövzularında çıxışlar edəcəklər.