Bakıda “Koreya – Azərbaycan gəmiqayırma sahəsi üzrə ikitərəfli əməkdaşlıqla bağlı işgüzar görüş keçiriləcək.
“APA-Economics”in məlumatına görə, Koreyanın Azərbaycandakı Səfirliyinin Ticarət şöbəsi tərəfindən sentyabrın 13-də təşkil ediləcək işgüzar görüşdə Koreyanın 10 istehsalçı şirkətinin nümayəndələri iştirak edəcəklər.
“Koreya – Azərbaycan gəmiqayırma sahəsi üzrə ikitərəfli əməkdaşlıqla bağlı işgüzar görüş Azərbaycan Koreya diplomatik münasibətlərinin qurulmasının 25-ci ildönümü münasibəti ilə bağlı keçiriləcək.