Əsas səhifə Biznes sahələri Avtomobil Bakıda klassik avtomobil sərgisi

Bakıda klassik avtomobil sərgisi

1252
Paylaş

Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə avqustun 26-da Bakıda klassik avtomobillərin yürüş və sərgisi keçiriləcək.

Tədbirdə 1980-ci ilədək istehsal olunan 100-dən çox klassik avtomobil iştirak edəcək. Bunlar yürüş üçün qeydiyyatdan keçən avtomobillər, həmçinin, Heydər Əliyev Mərkəzində nümayiş olunan Klassik avtomobil sərgisinin eksponatları olan nəqliyyat vasitələridir.

Yürüş avqustun 26-da saat 16.00-da Heydər Əliyev Mərkəzinin qarşısından start götürəcək. Klassik avtomobillər Heydər Əliyev Mərkəzi – Koroğlu Rəhimov küçəsi – Fətəli Xan Xoyski küçəsi – Vaqif prospekti – Səməd Vurğun küçəsi – Ənvər Qasımzadə küçəsi – Abbasqulu ağa Bakıxanov küçəsi – İnşaatçılar prospekti – Akademik Lev Landau küçəsi – Hüseyn Cavid prospekti – Parlament prospekti – Mehdi Hüseyn küçəsi – Teymur Elçin küçəsi – Mixail Lermontov küçəsi – Niyazi küçəsi – Azneft meydanı – Neftçilər prospekti – Yusif Səfərov küçəsi – Heydər Əliyev prospekti -Heydər Əliyev Mərkəzi marşrutu üzrə yürüş edəcək və sonda mərkəzin parkında sərgilənəcək.

Qeydiyyatdan keçən avtomobil və sahibləri avqustun 26-da saat 15.30-da mərkəzin qarşısında olmalıdır.

Yürüşdən sonra Heydər Əliyev Mərkəzinin parkında müxtəlif yaş qrupları üçün əyləncə proqramları, çərpələng festivalı və konsert təşkil olunacaq.