Bakıda “Kiçik sahibkarlığa dəstək” mövzusunda konfrans keçirilir

0
825

“Beynəlxalq təcrübəyə fikir versək görərik ki, böyük şirkətlər kiçik detalları istehsal etmir. Bu, heç onların maraqlarına da uyğun deyil. Onlar bu məhsulların istehsalını kiçik şirkətlərə sifariş verirlər. Biz də bu təcrübədən yararlanmalıyıq”.

“Report” xəbər verir ki, bunu Bakıda “Kiçik sahibkarlığa dəstək” mövzusunda keçirilən konfransda iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.

Onun sözlərinə görə, sahibkarlar dövlətin yaratdığı imkanlardan maksimum istifadə etməlidir.

“Hesab edirəm ki, bu tipli tədbirlər kiçik sahibkarlığın inkişafına dəstək verəcək və bu təbəqənin ümumi daxili məhsuldakı payı artacaq”.