Bakıda “Kiçik sahibkarlığa dəstək” sərgi-satış yarmarkası təşkil olunacaq

2
972

Fevralın 27-də saat 12:00-dan 20.00-dək Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə kiçik sahibkarların məhsul və xidmətlərinin sərgi-satış yarmarkası keçiriləcək.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yarmarkada kiçik sahibkarların əl işləri (suvenirlər, oyuncaqlar, ağacdan oymalar), bal məhsulları, müxtəlif növ qablaşdırma məhsulları və s. nümayiş ediləcək və satışı təşkil olunacaq.

2 COMMENTS