Əsas səhifə Biznes sahələri Konfrans və sərgi Bakıda “Kiçik sahibkarlığa dəstək” sərgi-satış yarmarkası keçiriləcək

Bakıda “Kiçik sahibkarlığa dəstək” sərgi-satış yarmarkası keçiriləcək

723
Paylaş

Fevralın 27-də, saat 12:00-dan 20:00-a qədər Bakı Biznes Mərkəzində (Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 44 ünvanında) İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə kiçik sahibkarların məhsul və xidmətlərinin sərgi-satış yarmarkası keçiriləcək.

“Report” nazirliyə istinadən xəbər verir ki, yarmarkada kiçik sahibkarların əl işləri (suvenirlər, oyuncaqlar, ağacdan oymalar), bal məhsulları, müxtəlif növ qablaşdırma məhsulları və s. nümayiş olunacaq və satılacaq.