Bakıda keçirlən Maliyyə Forumu xarici medianın marağına səbəb olub

2
1190

5 May 2018-ci ildə Pullman Bakı otelində II Maliyyə və İnvestisiya Forumu baş tutdu. Maliyyə və İnvestisiya Forumu maarifləndirici ictimai platforma olaraq dünya və Azərbaycanda Maliyyə və İnvestisiya dünyasının ən çox müzakirə etdiyi trend mövzular ətrafında spikerləri bir araya toplayır və müzakirələr aparır.  Bu ilki spikerlərin mövzuları blokçeyn texnologiyalarının, süni intellektin bank, sığorta, vergilər və investisiya sektoruna tətbiqi, finteklərin meydana gəlməsi, start-up maliyyələşməsində yeniliklər və kriptovalyutaların ilkin təklifi kimi mövzular ətrafında oldu və iştirakçılar tərəfindən geniş müzakirəyə səbəb oldu.

Maliyyə və İnvestisiya Forumu illik olaraq keçirilir. Bu ilki forumda 300-dək şirkətdən 500-dən çox mütəxəssis iştirak edib. Forum yerli və xarici mediada böyük marağa səbəb olub, forumda səslənən fikirlərə dünyanın müxtəlif media mənbələrində istinadlar edilmişdir.

Forumda bir gün ərzində 3 panel – “Vergi siyasəti və mühasibat uçotu”, “Maliyyələşmə Strategiyaları” və “İnvestisiya Strategiyaları” panelləri üzrə keçirilmişdir.

Builki Forumda 3 xarici ekspert, yerli bank, sığorta və investisiya təşkilatlarının o cümlədən  Maliyyə Bazarlarına nəzarət Palatası və Vergilər Nazirliyinin nümayəndələri spiker qismində çıxış etmişdir.

Rəqəmsal iqtisadiyyatın inkişafı, beynəlxaq çağırışlar Azərbaycanın maliyyə, investisiya sektoruna təsirsiz ötüşmür. Forum interaktiv formatda keçirilmiş və ekspertlər gələcək trendlər və Azərbaycanın maliyyə və investisiya sektoruna  təsiri mövzusu ətrafında auditoriyanı maraqlandıran çoxsaylı sualları cavablandırıb.  Blokçeyn texnologiyalarının maliyyə və investisiya sektporuna təsiri mövzusu iştirakçılarda xüsusi maraq oyatmışdır.

Ötən il olduğu kimi builki forumun keçirilməsində də əsas məqsəd ölkəmizdə maarifləndirici təqdbir olaraq rəqəmsal iqtisadiyyatın inkişafının genişləndirilməsi, bu sahənin hüquqi və infrastruktur bazasının beynəlxalq tələblərə uyğunlaşdırması, regional əhəmiyyətli iqtisadi oyunçu kimi Azərbaycan Respublikasının aparıcı mövqeyinin daha da gücləndirilməsi istiqamətində dövlət siyasətinin reallaşmasına dəstək olmaqdan ibarətdir.

2 COMMENTS