Bakıda İnnovasiya Mərkəzi tikiləcək

Date:

Paylaş:

Yaxın vaxtlarda Bakıda şəhər tipli İnnovasiya Mərkəzinin tikintisinə başlanacaq. Bunu  Yüksək Texnologiyalar Parkının (YTP) rəhbəri Tural Kərimli deyib.

Onun sözlərinə görə, bu layihə ilə bağlı müvafiq sənədləşmə işləri aparılmalıdır.

“Ötən ilin sonu Yüksək Texnologiyalar Parkına vəsait ayrıldı. Hazırda bununla bağlı proseslər gedir. Bildiyiniz kimi, ötən ilin sonunda ölkə başçısı tərəfindən İnnovasiyalar Agentliyinin yaranmasına dair fərman imzalandı. Cari ilin fevral ayının 22-də isə Agentliyin nizamnaməsi təsdiq olundu. Qurum yarandıqdan sonra biz aktiv olaraq bu layihənin icrasına başlayacağıq”, – deyə T. Kərimli bildirib.

Qeyd edək ki, 7 min kvadratmetr ərazini əhatə edəcək Mərkəz “Bakı Telefon Rabitəsi” MMC-nin Xətai Telekommunikasiya Qovşağının binasında yerləşəcək.

Mərkəzdə YTP-nin baş idarəsi ilə yanaşı, biznes-inkubasiya mərkəzi, “co-working” mərkəzi, laboratoriyalar və s. yer alacaq.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...