Əsas səhifə Xəbərlər Digər xəbərlər Bakıda bir gecədə iki aptek qarət edildi

Bakıda bir gecədə iki aptek qarət edildi

41
Paylaş

Martın 27-nə keçən gecə Bakının iki aptekində oğurluq hadisəsi baş verib. Hadisə paytaxtın Binəqədi rayonu ərzisində qeydə alınıb.

Bu barədə Binəqədi Rayon Polis İdarəsindən məlumat verilib.

Belə ki, Biləcəri qəsəbəsində naməlum şəxs, Ülkər Piriyevaya məxsus aptekdən 1400 manat pul, müxtəlif sənədlər və 500 manat dəyərində dərman oğurlayıb.

Həmin gecə Xocasən qəsəbəsində Abşeron rayon sakini Ceyhun Abbasova məxsus aptekdən də oğurluq olub. Əvvəlki zərərçəkəndən fərqli olaraq, C.Abbasovaya az ziyan dəyib. Oğurluq nəticəsində sahibkar 100 manat itirib.

Qeyd edəki ki, hər iki oğurluq hadisəsi Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.