Bu gün Bakıda Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədarük və Təchizat ASC və Tacikistanın Azərbaycandakı Səfirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan-Tacikistan Aqrobiznes forumu keçirilir.
Forumda Azərbaycan və Tacikistanın kənd təsərrüfatı sektoruna cavabdeh olan dövlət qurumları və biznes strukturlarının nümayəndələri, sahibkarlar iştirak edirlər.
Əvvəlcə hər iki ölkənin kənd təsərrüfatının müvafiq sahələrində ixtisaslaşmış biznes strukturları tərəfindən təqdimatlar ediləcək, hər iki ölkə istehsalçılarının məhsullarından ibarət sərgi təşkil olunacaq, ikitərəfli (B2B) görüşlər keçiriləcək. Forum zamanı, hər iki ölkənin kənd təsərrüfatı məhsullarından ibarət sərgisi də təşkil olunub.
Forumun ikinci hissəsində isə, Tacikistandan gəlmiş qonaqların Quba və Xaçmaz rayonlarına səfəri nəzərdə tutulur. Qonaqlar əvvəlcə Bakı Yağ Emalı Fabriki, daha sonra Xaçmaz Konserv Zavodu və Quba “ABAD Factory” İstehsalat Kompleksini ziyarət edəcək, müəssisələrin iş prosesi ilə yaxından tanış olacaqlar.