Əsas səhifə Biznes sahələri Konfrans və sərgi Bakıda Azərbaycan-Avstraliya biznes-forumu keçirilir

Bakıda Azərbaycan-Avstraliya biznes-forumu keçirilir

741
Paylaş

Bu gün Bakıda Azərbaycan-Avstraliya biznes-forumu işə başlayıb.

“Report” xəbər verir ki, tədbiri giriş sözü ilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov açıb.

O bildirib ki, Azərbaycanda Avstraliya kapitallı 12 şirkət dövlət qeydiyyatından keçib: “Bu şirkətlər Azərbaycanın neft-qaz sektorunda fəaliyyət göstərir. Hazırda Azərbaycanla Avstraliya arasında ticarət dövriyyəsi zəifdir. Bu forumda bu barədə də müzakirələr aparmağa çalışacağıq”.

Biznes-forumda çıxış edən Avstraliya nümayəndə heyətinin üzvü Con Hammond (Jon Hammond) isə deyib ki, tədbirdə ölkəsini 27 nəfər təmsil edir.