Əsas səhifə Xəbərlər Ümumi iqtisadi xəbərlər Bakıda 4 mln. manatlıq villa satışa çıxarılıb

Bakıda 4 mln. manatlıq villa satışa çıxarılıb

45
Paylaş

“MBA Group” konsaltinq şirkətinin portfelində ötən ay Bakıda ən bahalı həyət evi Binəqədidə Heydər Məscidinin yaxınlığında yerləşən villa olub. Dəyəri 4 milyon manat olan bu həyət evnin sahəsi 600 kv. m.dir.

Bunu şirkətin direktoru Nüsrət İbrahimov bildirib.

Bakıda ən bahalı mənzil Nərmanov rayonunda qeydə alınıb. Nüsrət İbrahimovun sözlərinə görə, bu rayonda yeni binada yerləşən 285 kvatratmetr sahəsi olan 4 otaqlı mənzilin qiyməti 1 850 000 manat olub. N.İbrahimov bildirib ki, ən ucuz mənzil qiyməti isə Qaradağ raynunda 4 otaqlı, təmirli və “Leninqrad” layihəsi olan mənzil olub. Onun qiyməti 40 min manat təşkil edib.