Əsas səhifə Xəbərlər Bakıda 230 milyonluq tikinti layihələri

Bakıda 230 milyonluq tikinti layihələri

303
Paylaş

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi (AREA) Abşeron yarımadasında iki elektrik stansiyasının tikinti layihəsini hazırlayıb. Layihələrə ümumi investisiyalar 229,1 mln. manat hcmində qiymətləndirilir. Bu barədə hökumətdən məlumat verilir.

“Birinci layihə Bakının Qaradağ rayonunun Səngəçal qəsəbəsində 500 hektar sahədə külək genaratoru ilə hibrid tipli elektrik stansiyasının tikintisini nəzərdə tutur. Layihə 154,4 mln. manat həcmində qiymətləndirilir. Reallaşdırılma müddəti – 36 aydır. Maliyyələşdirilmə mexanizmi və layihənin xərcinin çıxarılması müddəti hələlik dəqiqləşdirilməyib”, – hökumətdən qeyd ediblər.

Bu layihənin icrası illik 27,9 mln. kubmetr qaza qənaət eməyə və atmosferə buraxılan karbon qazının həcmini 47,9 min ton azaltmağa imkan yaradacaq.

Bundan əlavə, AREA Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində 180 hektar sahədə külək stansiyasının tikintisi layihəsini hazırlayıb. “Layihə ilkin olaraq 74,7 mln. manat həcmində qiymətləndirilir. Reallaşdırılma müddəti – 36 aydır. Lakin layihənin xərcinin çıxarılması müddəti və maliyyələşdirilmə mexanizmi hələlik dəqiqləşdirilməyib”, – hökumətdən bildiriblər.

AREA-nın hesablamalarına əsasən, Lökbatan Külək Elektrik Stansiyasının tikintisi illik 17,6 mln. kubmetr qaza qənaət eməyə və atmosferə buraxılan karbon qazının həcmini 31,4 min ton azaltmağa imkan yaradacaq.