Paytaxtın ən ucuz və ən bahalı mənzillərinin hansı rayon ərazilərində yerləşdiyi açıqlanıb. Ekspertlər bildirir ki, yeni inşa edilən binalardan əsasən mərkəzdən bir az kənarda yerləşənlərdə qiymətlər nisbətən aşağıdır.
Bakıda ən bahalı mənzillər isə əsasən mərkəzi hissələrdədir. Bu mənzillərin kvadratının qiyməti hətta bəzən 4 min manatdan bahadır.
Paytaxtın ən bahalı yeni binaları isə Nəsimi rayonunda yerləşir. İnşa edilib içərisi təmir edilən çox otaqlı mənzillərin qiyməti isə hətta bəzən milyon manata yaxınlaşır. Bu xüsusilə premium səviyyədə inşa edilən xüsusi yaşayış binaları üçün xarakterikdir.
Onu da qeyd edək ki, son bir neçə ildir ölkə ərazisində, xüsusilə də Bakıda pilot layihələr çərçivəsində köhnə binalar sökülərək yerində yeni binalar tikilir. Ekspertlər bildirir ki, bu proses paytaxtda yeni mənzil bazarında qiymətlərin formalaşmasında önəmli rol oyanyır. Mütəxəssislərin fikrincə bu binalarda təklif edilən mənzillərin dəyəri elə orta bazar qiymətlərinə uyğundur.