Bakı şəhərinin ictimai iaşə dövriyyəsi 810 milyon manat olub

0
952

2017-ci ilin yanvar-noyabr aylarında Bakı şəhərinin ictimai iaşə dövriyyəsi əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,4 faiz artaraq 810,1 milyon manat olub. Dövriyyənin 99,6 faizi qeyri-dövlət sektorunun müəssisələri hesabına formalaşıb.

Bakı Şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildiriblər ki, bu sektorda iaşə dövriyyəsinin 44,8 faizi hüquqi şəxs statuslu müəssisələrin, 55,2 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşüb. Hesabat dövründə hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2016-cı ilin yanvar-noyabr ayları ilə müqayisədə 15,8 faiz artaraq 364,5 milyon manat təşkil edib.