Əsas səhifə Xəbərlər Digər xəbərlər Bakı metrosu 4G şəbəkəsi ilə təmin olunacaq

Bakı metrosu 4G şəbəkəsi ilə təmin olunacaq

30
Paylaş

Azərbaycanın mobil rabitə operatoru “Azercell Telekom” şirkətinin 4G şəbəkəsi (LTE) Bakı metrosunu tam əhatə edəcək.

Bunu “Azercell Telekom” şirkətinin 2019-cu ilin yekunlarına dair təşkil etdiyi konfransdakı çıxışında şirkətin prezidenti Vahid Mürsəliyev deyib.

Onun sözlərinə görə, şəbəkə həm stansiyaları, həm tunelləri əhatələyəcək.

O həmçinin bildirilib ki, hazırda LTE şəbəkəsi “Elmlər Akademiyası” stansiyasında yaradılıb və cari ildə mərhələli olaraq şəbəkə genişləndiriləcək: “Biz hazırda 4G şəbəkəsinin tək platformalarda deyil, tunellərdə də qurulması ilə ciddi məşğuluq”.