“Bakı Metropoliteni”nin zərəri 427 mln. manata çatıb

Date:

Paylaş:

“Bakı Metropoliteni” QSC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 2 milyard 409,498 milyon manat təşkil edib.

Bu, qurmun maliyyə hesabatına görə ötən il yanvarın 1-i ilə müqayisədə 4,8% çoxdur.

2018-ci ildə “Bakı Metropoliteni”nin cəmi öhdəlikləri 0,7% artaraq 57,051 milyon manat, cəmi kapitalı isə 4,9% artaraq 2 352,446 milyon manat, o cümlədən nizamnamə kapitalı 6,3% artaraq 2 779,056 milyon manat olub.

2018-ci ildə nəqliyyat müəssisəsinin sərnişindaşımadan gəliri 54,186 milyon manat (2017-ci ilə nisbətən 22,25% çox), dövlət büdcəsindən aldığı subsidiya 48,8 milyon manat (8,45% çox), sair əməliyyat gəlirləri 5,763 milyon manat (8,25% çox), istifadə etdiyi material ehtiyatlarının dəyəri 6,643 milyon manat (8,8% çox), istifadə etdiyi neft məhsullarının dəyəri 467 min manat (12% çox), istifadə etdiyi elektrik enerjisinin dəyəri 11,408 milyon manat (0,2% az), istifadə etdiyi qazın dəyəri 225 min manat (8,7% çox), istifadə etdiyi suyun dəyəri 4,117 milyon manat (1% az), işçi heyəti üzrə xərcləri 44,195 milyon manat (7,45% çox), torpaq, tikinti və avadanlıqlar üzrə amortizasiya xərcləri 85,144 milyon manat (4,65% çox), qeyri-maddi aktivləri üzrə amortizasiya xərcləri 123 min manat (22,15% az), tikinti və avadanlıqlarının qalıq dəyəri 833 min manat (10,7% az), digər xərcləri 6,857 milyon manat (11,7% çox), sair əməliyyat xərcləri isə 3,609 milyon manat (24,6% az) təşkil edib.

Son nəticədə “Bakı Metropoliteni” ötən ili 54,871 milyon manat xalis zərərlə başa vurub. Bu, əvvəlki illə müqayisədə 11,75% azdır. Bununla belə, qurumun yığılmış zərəri 14,8% artaraq 426,610 milyon manata çatıb.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...