Əsas səhifə Xəbərlər Ümumi iqtisadi xəbərlər Bakı-Mahaçqala sürət qatarının istifadəyə veriləcəyi vaxt məlum oldu

Bakı-Mahaçqala sürət qatarının istifadəyə veriləcəyi vaxt məlum oldu

248
Paylaş

“Bakı ilə Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqala arasında bu il sürət qatarı işə salınacaq”.

Bu barədə Dağıstanın nəqliyyat və yol idarəsi üzrə naziri Şiruxan Hacımuradov bildirib.

Onun sözlərinə görə, Dağıstan tərəfi 2019-cu ildə Mahaçqala – Dərbənd – Bakı marşrutu üzrə yüksək sürətli sərnişin qatarının təşkilinin üzərində işləyir.

Ş. Hacımuradov əlavə edib ki, sözügedən məsələni Dağıstan Dəmiryolları 2018-ci ilin aprelindən nəzərdən keçirib: “Eyni zamanda, 2018-ci ildə sərnişin daşınması 2017-ci illə müqayisədə 20%, yüklərin daşınması 6% artıb”.

Xatırladaq ki, Bakı ilə Mahaçqala arasında birbaşa aviareyslərin planlaşdırılması ilə bağlı da məlumatlar var idi.