Bakı-Batumi aviareyslərinin sayı artırılır

Date:

Paylaş:

“Buta Airways” aşağıbüdcəli şirkət Bakı-Batumi istiqaməti üzrə uçuşların sayını artırır.

Bu barədə Gürcüstanın Mülki Aviasiya Agentliyi şirkətə müvafiq icazəni təqdim edib.

Aviaşirkət iyulun 17-dən sentyabrın 18-nə qədər Bakıdan Batumiyə həftədə üç dəfə uçuş həyata keçirəcək. Reyslər “Embraer E190”, “Airbus A319” və “Airbus A320” tipli təyyarələrlə yerinə yetiriləcək.

Qeyd edək ki, “Buta Airways” şirkəti Bakı-Batumi istiqaməti üzrə ilk uçuşu bu ilin iyunun 14-də həyata keçirib. Hazırda uçuşlar cümə və bazar günləri olmaqla həftədə iki dəfə yerinə yetirilir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...