Bakı Baş Gömrük İdarəsində sahibkarlarla görüş keçirilib

Date:

Paylaş:

Yanvarın 10-da Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsində iclas keçirilib. Tədbirdə üçüncü şəxslər üçün mal idxal edən şirkətlərin nümayəndələri iştirak ediblər.

Bizplus.az bu barədə Komitəyə istinadən xəbər verir.

Məlumata görə, görüşdə İdarənin rəhbərliyi, Vergilər Nazirliyinin İdxal-ixrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin əməkdaşları və üçüncü şəxslər üçün mal idxal edən şirkətlərin nümayəndələri iştirak edib. Görüşdə Prezident İlham Əliyev tərəfindən beynəlxalq ticarətin asanlaşdırılması, ölkənin ixrac və tranzit potensialının gücləndirilməsi, idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi, vətəndaş məmnuniyyətinin və şəffaflığın təmin edilməsi məqsədilə gömrük sistemində aparılan islahatlar barədə məlumat verilib. Qeyd olunub ki, islahatlar nəticəsində vətəndaş-məmur təması minimuma endirilib, mal və nəqliyyat vasitələrinin sərhədkeçmə prosesləri sürətləndirilib, gömrük rəsmiləşdirilməsi prosesi sadələşdirilib, uçotun düzgün qurulması və maliyyə nəzarətinin gücləndirlməsi istiqamətində yeniliklər tətbiq olunub.

Görüşdə gömrük bəyannaməsinin doldurulması prosesində tətbiq edilən təkmilləşdirmələr barədə də məlumat verilib. Xüsusilə gömrük bəyannaməsinin 31-ci qrafasının doldurulması zamanı malların ətraflı və dəqiq təsvir edilməsinin vacibliyi vurğulanıb.

Qeyd edək ki, sonda şirkət nümayəndələrinin təklifləri dinlənilib və onları maraqlandıran suallara ətraflı cavab verilib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...