“Bakcell” şirkəti “MEGOGO” video-servisi ilə əməkdaşlıq sazişi imzalayıb

Date:

Paylaş:

Azərbaycanın ilk mobil rabitə operatoru olan “Bakcell” şirkəti “MEGOGO” video-servisi ilə əməkdaşlıq sazişi imzalayıb. Bunu yeni xidmətin təqdimatında “Bakcell” şirkətinin Korporativ kommunikasiya bölməsinin rəhbəri Süheylə Cəfərova deyib.

Onun sözlərinə görə, bu saziş çərçivəsində “Bakcell” abunəçiləri “MEGOGO” əlavəsi üzərindən videoməzmuna baxmaq imkanı əldə edəcəklər.

“Məhsul kommersiya istifadəsinə hələ verilməyib, lakin kifayət qədər çoxlu sayda “Bakcell” abunəçisi xidmətdən test rejimində istifadə etməyə başlayıb”, – deyə S. Cəfərova qeyd edib.

“Bakcell” abunəçiləri bu xidmətdən seçdiyi tarif paketindən asılı olaraq 6 və ya 12 ay müddətində pulsuz istifadə edə biləcək. Bundan sonra xidmət üçün aylıq abunə haqqı 3 manat təşkil edəcək.

Qeyd edək ki, “MEGOGO” Şərqi Avropada onlayn rejimdə video və TV izləmək üçün ən böyük videoxidmətdir. MDB ölkələrində xidmətin aylıq auditoriyası 40 mln. istifadəçi təşkil edir. Resurs kataloqu 77 mindən artıq videodan ibarətdir. Videoların əksəriyyətini bədii filmlər, seriallar, cizgi filmləri, televiziya şouları, konsert, musiqili videolar, həmçinin xəbər proqramları təşkil edir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...