Bahalı əmlakın olması bu ölkələrdə həm yaşamağın, həm də biznes qurmaq üçün tələbatın çox olmasından xəbər verir. Ən bahalı əmlaklar Monako, Honkonq və İngiltərədə yerləşir. Bu ölkələrdə ev almaq həm də ən sərfəli pul yatırımı hesab edilir.
Monakoda orta hesabla evin kvadrat metri 66.700 dollar təşkil edir. Nəzərə alsaq ki, Monakonun sahəsi azdır və bu ölkədə mənzillərin sayı da elə də çox deyil. Bu, qiymətlərin daha da artacağından xəbər verir.
Ən bahalı əmlaklar olan ölkələr arasında ikinci pillədə isə Honkonq qərarlaşıb. Varlıların daha çoxluq təşkil etdiyi bu ölkədə bahalı evlərin kvadrat metri 48.500 dollardır. Honkonqda ən bahalı rayon Repulse Bay sayılır. Burada demək olar ki, artıq satışda ev yoxdur.
Üçüncü pillədə isə İngiltərə qərarlaşıb. 2009-cu ildən bu yana “dumanlı albion”da evlər 55% bahalaşıb. Burada evlərin kvadrat metri 39.700 dollar təşkil edir. TOP beşliyə həmçinin Sinqapur və İsveçrənin də adları daxil edilib. Bu ölkələrdə evlərin kvadrat metri 30,700 və 28,800 dollar təşkil edir.
Aparılan araşdırmalar göstərir ki, evlərin qiyməti bütün dünyada son zamanlar artan tendesiya ilə gedir. Lakin əvvəlki illərdən fərqli olaraq sərmayə yatırmaq baxımından artıq evlərə maraq azalıb. Hazırda varlılar sərmayələrini daha çox supermarket və tibbi klinikaların açılmasına yönəldirlər.
azerbaycanda en bahali villa kimindir, villalar satisi, villalar bakida sekilleri, villalar satilir, villalar proyektleri, villalar azerbaycanda, bakida satilan villalar, bakida villalar