Əsas səhifə Biznes sahələri Texnologiya Bahalı avtomobil almaq üçün bankdan 127 min dollar oğurlayan xaker

Bahalı avtomobil almaq üçün bankdan 127 min dollar oğurlayan xaker

1462
Paylaş

İşsiz lakin BMW ya da Range Rover sürmək istəyən 24 yaşlı gənc müştərisi olduğu bankdan 127 min dollar oğurluq edib.

James Ejankowski adlı ingilis gənc adı açıqlanmayan və müştərisi olduğu bankın sistemində aşkar etdiyi səhvlə kiçik məbləğlərlə pul oğurlamağa başlayıb.

Sistemdəki boşluqdan istifadə edərək öz hesabına təxminən 127 min dollar yükləyən James bu məbləği 12 ay ərzində toplayıb.

Bank isə xakerdən cəmi 40 min dollar geri ala bilib. Çünki işsiz gənc bankdan oğurladığı pulun qalan hissəsini aldığı bahalı avtomobil üçün xərcləyib.

Məhkəməyə çıxarılan James 16 aylıq həbs cəzasına məhkum edilib.