«Bahadırsa, deməli keyfiyyətlidir» yanaşması ilə bağlı marketinq mütəxəssisi Famil Məmmədovun fikirlərini təqdim edirik:
Gəlin, ilk olaraq keyfiyyət sözündən başlayaq. Nədir keyfiyyət? Keyfiyyət deyiləndə nə başa düşürük? Onun hər hansı bir forması varmı?
Keyifyyət, ümumiyyətlə abstrakt bir şeydir. Yəni konkret bir şeylə əlaqəsi yoxdur. Keyfiyyət kimisi üçün qiymətlə, kimisi üçün uzunmüddətli olması ilə, kimisi üçün brendin adı və s. ilə ölçülür. Dünya miqyaslı ekspertlər keyfiyyət sözünün izahını çox sadə dildə veriblər.
Keyfiyyət = sizin cibinizdəki pulun cəminə. Yəni siz ay ərzində əldə etdiyiniz gəlirlə sizə hər hansı bir malı almağa, yaxud hər hansı bir xidmətdən yararlanmağa imkan verirsə bu sizin keyfiyyət göstəricinizdir. Əslində keyfiyyət məhsulla ölçülməməlidir. Keyfiyyət mənə görə hər bir insanın cibinə girən pulla ölçülməlidir. Əslində elədir də. Aşağıda sizə bunu isbat etməyə çalışacam.
Necə deyərlər gəlin bir az da mən sizin fikirlərinizi alt-üst edim.
Mən ekspertlərin izahı ilə 100% razıyam. Bu fikirləri mən sizə misallarla izah edəcəm.
Digər bir misal
Mariya Romanovskaya (kosmetik məhsullar üzrə texnoloq) deyir ki, kosmetika bazarında xanımları 3 qrupa bölürük. Pərakəndə dükanlardan alış-veriş edənlərə, orta seqmentə və premium seqmentə. Ekspert deyir ki, məhsulların xammaddələri aşağı-yuxarı eynidir. Pərakəndə dükanlardan alış-veriş edənlər onlara satılan məhsulların dəyərindən 30-40%, orta seqment 70-100%, premium seqment isə 300% -dən artıq pul ödəyirlər. Premium seqmentdə isə bahalı alış-verişə təsir edən onların aylıq gəlirlərindən də çox, psixoloji vəziyyətləridir. Onların bu vəziyyəti ucuz mallara və ya xidmətlərə pul ödəməyə imkan vermir.
İstehsal marketinqini bilən biri kimi Mariya`nın fikirlərinə əlavələrim olacaq. Xanımın da dediyi kimi hər 3 seqmentin məhsullarının xammalları eynidir. Bəs yaxşı necə olur ki, xammallar eyni olduğu halda 3 fərqli seqment və bu seqmentlərə xitab edən 3 fərqli qiymət əmələ gəlir? Burada hər şey hər 3 seqmentə təklif edilən məhsulların istehsal prosesindən, saxlanma müddətindən, xidmət səviyyəsindən və s. asılıdır. Bəli, marketoloqlar siz hörmətli istehlakçılara nəyinki məhsulun keyfiyyətinə görə, bütünlükdə istehsal və ticarət nöqtələri arasında qurulmuş xərclər zəncirinin hər bir həlqəsinə çəkilən bütün xərcləri (xammal, gömrük, vergi, istehsalat, avadanlıqlar, işçilər, kommunal xərclər, brendbook, reklam çarxları, promo aksiyalar, brendləşmə, sponsorluq və s.) ödədirlər.
Bir sözlə xərclər seqmentlərə görə hesablanır və qiymətlərə təsir göstərir
Yəni istehlakçıların xərcləri məhsul kateqoriyalarına görə dəyişir. Ən böyük xərclər brend mal kateqoriyalarındadır. Bu kateqroyada marketoloqlar isethlakçıları məhsula/xidmətə yox, brendə xərcləməyə vadar edirlər. Bu da məhsulun dəyərindən 80%-dən artıq pul xərcləmək deməkdir. Misal üçün məhsulun dəyəri 100 manatdırsa, siz ona 180 manat pul ödəməli olacaqsınız.
Dəyərindən artıq pul ödədiyimiz kateqoriyalar aşağıdakılardır.
- Mobil telefonlar. İphone istifadəçiləri 120%, Samsung istifadəçiləri 138%, Huawei istifadəçiləri 206%, Google Pixel istifadəçiləri 167% artıq pul ödəyirlər.
- Popkorn. Necə deyərlər, kinoya gedən yol popkorndan keçir. Burada da siz popkorn`nun dəyərindən 1000% artıq pul ödəyirsiniz.
- Geyim və ayaqqabı brendləri. Burda isə istehlakçılar brendə əlavə olaraq 500-700% artıq pul ödəməli olurlar.
- Dəvətnamələr və təbrik kartları. 200% artıq pul ödənilir.
- Butulkadakı sular. 400-500% artıq pul ödəyirik. Marketoloqların çabaları nəticəsində biz çoxdan su kranlarından su içmək davranışlarını tərk etmişik. Elə buna görə də məhsulun dəyərindən dəfələrlə artıq pullar xərcləməli oluruq.
- Restoran və kafelər. Bu məkanlarda xərclədiyimiz pullar dodaqları uçuqladır.
- Xörəklərə görə 200-250%;
- Şirələr və sular 450-1000%;
- 1 stəkan pivə üçün 400-500%.
Beləliklə də, məlum oldu ki, pullarımızı əsasən sadalanan kateqoriya və məhsul qruplarına xərcləyirik. Həm də çox xərcləyirik.
Sizin marketinq bələdçiniz…