Bağlanan bankların rəhbərləri barəsində – ARAŞDIRMA BAŞLADI

Date:

Paylaş:

Azərbaycanda ləğv prosesində olan banklarla bağlı ciddi araşdırmalar aparılır və yaxın günlərdə bu məsələlərin nəticəsi olaraq cinayət işinin başlanacağı gözlənilir. FED.az xəbər verir ki, bu barədə modern.az-a hüquq-mühafizə orqanlarından bildirilib.

Bildirilir ki, araşdırmanın əsas mövzusu həmin banklarda vaxtilə verilən və sonradan qaytarılmayan problemli kreitlərlə bağlıdır.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankınin (AMB) 2018-ci ilin yanvar-noyabr ayları üzrə açıqladığı məlumata görə,ölkə üzrə problemli borcların ümumi məbləği 1 mlrd 688,7 min manat və ya 13,4% təşkil edir.

Həm də belə kreditlərə görə çıxılmaz vəziyyətdə qalan və fəaliyyəti dayandırılan 13 bank var. İndiyədək Əmanətlərin Sığortalanması Fondun həmin bankların əmanətçilərinə 824 milyon manat kompensasiya ödəyib.

Hüquq mühafizə orqanlarından Modern.az-a daxil olan məlumata görə, əslində banklardakı problemlərin artmasının səbəbi geridönüşü olmayan kreditlər deyil, vaxtilə banklara rəhbərlik etmiş şəxslərin şəxsi istifadə üçün götürdükləri kreditlərdir. Məsələ burasındadır ki, bank rəhbərləri özlərinə aldıqları daşınar və daşınmaz əmlak üçün ayrı-ayrı şxəslərin adına kreditlər götürüb. Banklar bağlandıqdan sonra isə kerditi ödəməkdən imtina ediblər. Bank rəhbərləri ilə bağlı araşdırma da məhz bu məsələləri araşdırmaq üçün aparılır.

Xatırladaq ki, ləğv prosesində olan banklar aşağıdakılardır:

“Royalbank” ASC

“Yunayted Kredit Bank” ASC

“Bank of Azerbaijan” ASC

“Gəncəbank”

“Texnikabank” ASC

“Parabank” ASC

“Zaminbank” ASC

“Kredobank” ASC

“Dekabank” ASC

“Atrabank” ASC

“Qafqaz İnkişaf Bankı” ASC

“Bank Standard”

“Dəmirbank” ASC

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...