Avstriyanın Klagenfurt şəhər məhkəməsi yerli bir bağban bir il həbs cəzasına məhkum edib və arıların qəsdən zəhərlənməsi üçün 20 min avro cərimə edib.
Bizplus.az-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə əsasən, 47 yaşındakı meyvə plantasiyasının sahibi bu il hələ çiçəklənən ağaclarına xlorpyrifos pestisidini püskürüb. Bunun nəticədəsində, bölgədə arıçılara aid olan 50 koloniyada arılar ölüb.
Məhkəmənin qərarına əsasən, günahlandırılan şəxs bir professional bağban olduğuna görə, zərərli pestisidlərin arılara və onlardan «zəhərlənmiş» bal yemək istəyən insanlara nə zərər verə biləcəyini bilməsi lazım olduğunu hökm edib. Bağban hökmə etiraz etmək niyyətindədir.