Əsas səhifə Xəbərlər Biznes xəbərləri Bağbanı arıları öldürməsinə görə türməyə saldılar

Bağbanı arıları öldürməsinə görə türməyə saldılar

Avstriyanın Klagenfurt şəhər məhkəməsi yerli bir bağban  bir il həbs cəzasına məhkum edib  və arıların qəsdən zəhərlənməsi üçün 20 min avro cərimə edib.

Bizplus.az-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə əsasən, 47 yaşındakı meyvə  plantasiyasının sahibi bu il hələ çiçəklənən  ağaclarına xlorpyrifos pestisidini püskürüb. Bunun nəticədəsində, bölgədə arıçılara aid olan 50 koloniyada arılar ölüb.

Məhkəmənin qərarına əsasən, günahlandırılan şəxs bir professional bağban olduğuna görə, zərərli pestisidlərin arılara və onlardan «zəhərlənmiş» bal yemək istəyən insanlara nə zərər verə biləcəyini bilməsi  lazım olduğunu hökm edib. Bağban  hökmə etiraz etmək niyyətindədir.

Rəy bildir

Please enter your comment!
Please enter your name here