“Bəzi sahibkarlar var ki, onlar “bulanıq suda balıq tutmaq daha asandır” prinsipi ilə çalışırlar”

Date:

Paylaş:

“Ötən 5 ay ərzində Dövlət Sosial Müdafiə Fonduna 1 mlrd manatdan çox vəsait daxil olub ki, bu da proqnozdan 130 mln manat çoxdur. Proqnoz tapşırığına isə 114% əməl olunub”. 

Bunu Bakıda keçirilən “Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır” adlı konfransda çıxış edən Vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

S.Ələkbərovun sözlərinə görə, vergi yoxlamaları azalıb:

“2018-ci ildə öncəki ilə nisbətən səyyar vergi yoxlamalarının sayı 3 dəfə azaldılıb. Bu ilin 5 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə daha 4 dəfə azalıb və 1 milyon vergi ödəyicisi üçün cəmi 176 səyyar vergi yoxlaması qeydə alınıb”.

Nazir müavini deyib ki, fəaliyyətində ilkin nöqsan aşkar edilmiş sahibkara xəbərdarlıq edilir:

“Əgər ilkin olaraq xəbərdarlıq edilmirsə ona qarşı heç bir sanksiya tətbiq edilə bilməz. Bəzi sahibkarlar var ki, onlar “bulanıq suda balıq tutmaq daha asandır” prinsipi ilə çalışırlar. Bu isı digər şəffaf sahibkarların fəaliyyətinə ziyandır”.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...