Bəzi ƏDV ödəyicilərinə 75% güzəşt tətbiq edilə bilər

Date:

Paylaş:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.12.2018 tarixli Qərarına əsasən mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin ­bölgüsü meyarları müəyyən edilmişdir. Yeni qərara əsasən Vergilər Nazirliyi yeni yaradılan və ləğv olunan sahibkarlıq subyektlərinin, habelə il ərzində fəaliyyəti olan sahibkarlıq subyektlərinin illik gəlirləri barədə məlumatları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə il ərzində fəaliyyəti olan sahibkarlıq subyektlərinin işçilərinin orta siyahı sayı barədə məlumatları növbəti il aprelin 20-dən gec olmayaraq Dövlət Statistika Komitəsinə ötürülməsini təmin edəcəklər.

Dövlət Statistika Komitəsi mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsünün bu meyarlara uyğun olaraq təşkilini və bu siyahının hər növbəti il mayın 10-dan gec olmayaraq, real vaxt rejimində “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”nə ötürülməsini təmin edəcək.

Bu meyarların müəyyən edilməsi vergiqoyma məsələlərində böyük əhəmiyyət kəsb edirdi. Buna səbəb Vergi Məcəlləsində ilk dəfə olaraq bir qrup vergi ödəyicilərinin vergiqoyma prinsiplərində həmin meyarların nəzərə alınmasıdır. Söhbət mikrosahibkarlıq subyektlərinin vergiyə cəlb edilməsi ilə əlaqədardır.

Məsələn, Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən mikrosahibkarlıq subyektləri olan hüquqi şəxslərin mənfəətinin 75%-i mənfəət vergisinə, sahibkar fiziki şəxslərin isə gəlirinin (məcəllə ilə nəzərdə tutulan xərclər çıxıldıqdan sonra) 75%-i gəlir vergisinə cəlb edilmir. Bundan əlavə dividentlərin vergiyə cəlb edilməsi ilə əlaqədar da güzəştlər mövcuddur.

Müəyyən edilmiş yeni meyarlara əsasən illik gəliri 200 min manatı keçməyən və işçilərinin sayı 1-10 nəfər olan vergi ödəyiciləri mikrosahibkarlıq subyektləri hesab ediləcəklər. Həmin subyektlər hər iki tələbə (həm dövriyyə, həmdə işçiləri sayı) cavab verməlidilər.

Bir sözlə desək, meyarların müəyyən edilməsində 2 göstərici nəzərə alınır: işçilərin sayı və dövriyyəsi. Burada vergi ödəyicisinin əvvəlki vergi rejimi üzrə heç bir məlumat nəzərə alınmır. Bu o deməkdir ki, həmin meyara cavab verən bütün ƏDV ödəyiciləri (məsələn, dövriyyəsinə görə ƏDV-yə düşməsədə əvvəlki dövrdə könüllü qeydiyyata duran, və ya əvvəlki dövrdə dövriyyəsi xeyli aşağı düşmüş ƏDV ödəyiciləri), sadələşdirilmiş vergi ödəyicisi hüququ olmayan (eyni zamanda ƏDV ödəyicisi olmayan, mənfəət və gəlir vergisi ödəyiciləri) və sadələşdirilmiş vergi ödəyicisi olan şəxslər mikrosahibkarlıq subyektləri hesab ediləcəklər.

Gözlənilməz nəticələrdən biri odur ki, mikrosahibkarlıq subyekti meyarlarına eyni zamanda bəzi ƏDV ödəyicilər də cavab verə bilərlər. Belə olan halda onlar 75% (hüquqi şəxslər mənfəət üzrə, sahibkar fiziki şəxslər xalis gəlir üzrə) güzəştdən istifadə edə biləcəklər. Onlar əlavə digər güzəştlərdən istifadə edə biləcəklər. Bunun üçün onlar sadəcə olaraq mikrosahibkarlıq subyekti meyarlarına cavab verməlidirlər. Yəni əvvəlki ilin nəticələrinə görə dövriyyələri 200 min manatdan çox və eyni zamanda işçilərinin 10 nəfərdən artıq olmamalı.

Vergi Məcəlləsindəki dəyişiklikləri nəzərdən keçirdikdən və yeni Qərarı oxuduqdan sonra ancaq belə nəticəyə gəlmək olar.

Müəllif:
Rəşad Əliyev
Eskpert

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...