Bugün istənilən biznes-layihənin məqsədi bəşəriyyətin problemini həll etməkdir. Gələcək bir neçə il ərzində iş adamlarının pul qoyacaqları ən maraqlı startaplardan danışacağıq.
SustainEarth Energy Solutions
Hindistanda ailələrin çoxu oddan yemək hazırlayanda istifadə edir. Deli Universitetinin üç məzunu bioqaz təchizatı istehsalı üzrə şirkət qurublar. Onların sayəsində məişət qazı əldə etmək mümkündür. Qaz istehsalı üçün xammal kimi belə halda mal-qara gübrəsindən istifadə olunur.
Hal-hazırda şirkət nümayəndələri monitorinq keçiriblər, bunun sayəsində onlar öz işlərinə olan tələbatın dərəcəsini müəyyən edə bilirlər.Bundan başqa istəyənlərin hamsına məsləhət və quraşdırma işlərində profesionla yardım göstəriləcək. Bir quraşdırma cihaz 10 il müddətinə istifadə üçün hesablanıb.
QI Incubator
Əczaçı Lee Kwang Afrikadakı aclara kömək etmək qərarına gəlir. Öz təsərrüfatına, əti əvəz edən qurdlar gətirir. Bununla Afrika ölkələrində yüksəkkeyfiyyətli proteinin qıtlığı problemini həll edir.
Yeməyi olmayan hər bir ailə öz evində inqubatorda soxulcanlar yetişdirə bilər. Demək olar ki, bu icad Asiya ölkələrində çox populyardır.Keçən ilin noyabrından isə Rusiyada da qurdlar olan inqubatoru almaq olur. Qiyməti 75 avroya yaxındır.
Freight Farms
Bu startap ilin istənilən vaxtında və istənilən yerdə tərəvəzlər əkməyə imakan verir. Hər konteynerin daxilində toxumlar üçün hidrofonik cihazlar quraşdırılır. İmprovizə edilmiş istixanada temperaturu nizamlamaq olur. Orada həmçinin Led lampaları da yerləşdirilib. İstəyə görə konteyneri yığıb başqa yerə də aparmaq olur.
Ocean Cleanup
Bu sistem dünya okeanının zibillərdən təmizlənməsinə imkan verir. Konstruksiya özündə 600 metrlik boru xəttini daşıyır və o da çevik qayıqlardan təşkil olunub. Ona tullantıları yığan şəbəkə qoşulub.