Əsas səhifə Biznes Bəhreynin iş adamları Azərbaycanın aqrar sektoruna 500 mln. dollara qədər investisiya qoya...

Bəhreynin iş adamları Azərbaycanın aqrar sektoruna 500 mln. dollara qədər investisiya qoya bilər

673
Paylaş

“Bəhreyn şirkətləri ilə əməkdaşlıq “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC üçün mühüm əhəmiyyət kəsb edir”.

“Report” xəbər verir ki, bunu qurumun İdarə Heyətinin sədri Əbülfət Qocayev deyib.

“Bu il 6-8 iyun tarixlərində bu ölkəyə səfər çərçivəsində krallığın rəsmi dəstək verdiyi bir sıra özəl şirkət və investisiya fondları, o cümlədən “Mumtalakat” Holdinq, “Arcapita” İnvestisiya Fondu, “Riyada” Şirkətlər Qrupu, BCGCM şirkəti və Bəhreyn İqtisadi İnkişaf Şurası ilə görüşlər keçirilib və müvafiq məsələlər (kənd təsərrüfatı məhsullarının ixracı, investisiyaların cəlb olunması, birgə layihələr və s.) müzakirə edilib. Görüşlər nəticəsində məlum olub ki, ərəb ölkələri Azərbaycan məhsullarının ixracı və ölkə iqtisadiyyatına investisiyaların cəlb olunması baxımından olduqca geniş imkanlara malikdir. Bir çox fondlar Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalından satışına qədər zənciri əhatə edən səmərəli layihələrdə aktiv iştirak etmək və ölkəmizə 100-500 mln. dollar investisiya qoyuluşunda maraqlıdır”, – deyə o qeyd edib.