Əsas səhifə Biznes sahələri Texnologiya BƏƏ texnoloji “start-up” təsisçilərinə uzunmüddətli vizalar verir

BƏƏ texnoloji “start-up” təsisçilərinə uzunmüddətli vizalar verir

227
Paylaş

BƏƏ səlahiyyətliləri perspektivli texnoloji şirkətlərin təsisçilərinə və sahiblərinə beş illik vizalar verməyə başlayıblar, bu haqda The National xəbər verir.

Yaxın Şərq üzrə İordaniyada keçirilən beynəlxalq iqtisadi forumda, texnoloji şirkətlərin təsisçilərinə və sahiblərinə beş illik vizaların verilməsi elan edilmişdir. Bu qərar BƏƏ-nin ən yenilikçi və dinamik ölkələrdən birinə çevrilməsinə kömək edəcəkdir, nəşriyyat yazır.

Beş illik vizaları şirkətlərin sahibləri və ya təsisçiləri, onların əməkdaşları ala bilərlər. Texnoloji “start-up” istənilən ölkədən ola bilər.

“Biz bu bölgədə perspektiv görərək, ondan istifadə etmək istəyirik. Bu təklif hər kəs üçün açıqdır”, – deyə Dubai Future Foundation fondunun icraçı direktoru Xalfan Belhul bildirib.

BƏƏ rəsmiləri məşhur alimlərin, yüksək ixtisaslı mütəxəssislərin və istedadlı tələbələrin beş və on illik vizalarının verilməsinə dair ərizələrin qəbuluna başlayıblar.