AzTV gələn ildən HD formatına keçir

Date:

Paylaş:

Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Bədii Şurasının növbəti iclası keçirilib.

“Bizplus.az” xəbər verir ki, iclasda Azərbaycan Televiziyasının HD formatına keçməsi müzakirə olunub.

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov bildirib ki, Azərbaycan Televiziyası 2020-ci ildən HD formatına keçir.

Qeyd olunub ki, proqramların yeni server sistemindən yayımlanması üçün lazımi avadanlıqlar alınıb. Bunun 63 illik Azərbaycan Televiziyasının tarixində böyük bir mərhələ olduğu vurğulanıb. Verilişlərin daha da effektiv hazırlanması üçün 10-dan çox montaj kompüterləri alınıb.

Həmçinin diqqətə çatdırılıb ki, yaxın günlərdə “Baku s Nadejdoy”, “Hüquq və mən” verilişləri efirə çıxacaq.

İclasda Bədii Şura üzvləri Azərbaycan Televiziyası, “Mədəniyyət” və “İdman” kanallarında nümayiş olunan proqramlarla bağlı fikir mübadiləsi aparıblar, təklif və iradlarını bildiriblər.

Bədii Şuranın növbəti iclası 2020-ci ilin yanvar ayında keçiriləcək.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...