“Azpromo” ilə Rusiya İxrac Mərkəzi arasında memorandum imzalanıb

2
780

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) ilə Rusiya İxrac Mərkəzi (RİM) arasında anlaşma memorandumu imzalanıb.

“Report”un verdiyi xəbərə görə, imzalanma Bakıda keçirilən Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının geniş iclası çərçivəsində baş tutub.

Memorandumu “Azpromo”nun rəhbəri Rüfət Məmmədov və RİM-in baş direktoru Pyotr Fradkov imzalayıblar.

Daha sonra 4 Azərbaycan şirkəti Rusiya şirkətləri ilə əməkdaşlıq haqqında saziş imzalayıb. Belə ki, sazişlər Azərbaycanın “Gravity” şirkəti və Rusiyanın “Lato” şirkəti arasında, Azərbaycanın “Hovers Lighting Solution” və Rusiyanın “Realed” şirkəti arasında, Azərbaycanın “AzProtein” və Rusiyanın “Qurman” şirkəti arasında, Azərbaycanın “Silk Way Airlines” şirkəti ilə Rusiya İxrac Mərkəzi və Rusiyanın “İlyuşin Finans Ko.” arasında imzalanıb.

2 COMMENTS