Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC “Vodafone Ukraine” mobil rabitə operatorunu satın almaq niyyətindədir.
“AzInTelecom” artıq aktivlərin yoxlanılması prosesini başa çatdırıb. Sövdələşmə 700 mln. ABŞ dolları təşkil edəcəyi bildirilir. Lakin ekspertlərin fikrincə, “Vodafone Ukraine” şirkətinin satın alınması “AzInTelecom”a 1,2-1,3 mlrd. dollara başa gələ bilər.
Qeyd edək ki, “Vodafone Ukraine” hazırda 19,7 mln. abonentə xidmət göstərir. Ötən il şirkətin xalis mənfəəti 1,8 mlrd. qrivna (təxminən 70 mln. dollar), gəlirləri 12,8 mlrd. qrivna (495 mln. dollar) təşkil edib. Şirkət “MTS Group”a daxildir.