Bakı Mühəndislik Universiteti Texnoparkı tərəfindən ildə bir dəfə keçirilən Yeni Fikir Müsabiqəsinə (YFM) start verilib. Müsabiqə gənclər arasında təşəbbüskarlığı (sahibkarlığı) təşviq edir, təşəbbüskar gənclərlə investorlar arasında körpü rolunu oynayır və startapların işinə dəstək verir.
“Marja” xəbər verir ki, Azərbaycanın “AzFinance” İnvestisiya Şirkəti müsabiqədə diqqəti cəlb edəcək startaplara investisiya yatırmağa hazırdır.
“AzFinance” İnvestisiya Şirkətinin Direktor müavini İntiqam Səfərəliyev, “AzFinance olaraq müsabiqədə perspektivinə inanacağımız “startup”lara investisiya etməyi düşünürük. Bunun üçün 100 000 manat limit ayırmışıq”,- deyə bildirib.
Qeyd edək ki, “AzFinans” İnvestisiya şirkəti, “Khazar Venture” və “SUP.az” şirkətləri Müsabiqənin investisiya tərəfdaşları dır. Bu şirkətlərin nümayəndələri Münsiflər Heyətində də təmsil olunacaqlar.
www.yenifikir.az veb səhifəsindən istifadə etməklə layihələri qeydiyyatdan keçirmək olar.
“YFM 2017” aşağıdakı xronologiya əsasında həyata keçiriləcək:
Layihələrin “online” qeydiyyatı – 10 Mart 2017 – 20 Aprel 2017
Layihələrin “online” qiymətləndirilməsi – 25 Aprel 2017 – 05 May 2017
Yarımfinalçıların elan olunması – 06 May 2017
Yarım Final Proqramının keçirilməsi – 20 May 2017 tarixinə kimi
Final və Mükafatlandırma Proqramlarının keçirilməsi – 15 İyun 2017 tarixinə kimi