Əsas səhifə Biznes “AzFinance 100 000 manat limit ayırdı” – Gənc sahibkarlara müjdə

“AzFinance 100 000 manat limit ayırdı” – Gənc sahibkarlara müjdə

2132
Paylaş

Bakı Mühəndislik Universiteti Texnoparkı tərəfindən ildə bir dəfə keçirilən Yeni Fikir Müsabiqəsinə (YFM) start verilib. Müsabiqə gənclər arasında təşəbbüskarlığı (sahibkarlığı) təşviq edir, təşəbbüskar gənclərlə investorlar arasında körpü rolunu oynayır və startapların işinə dəstək verir.

“Marja” xəbər verir ki, Azərbaycanın “AzFinance” İnvestisiya Şirkəti müsabiqədə diqqəti cəlb edəcək startaplara investisiya yatırmağa hazırdır.

“AzFinance” İnvestisiya Şirkətinin Direktor müavini İntiqam Səfərəliyev, “AzFinance olaraq müsabiqədə perspektivinə inanacağımız “startup”lara investisiya etməyi düşünürük. Bunun üçün 100 000 manat limit ayırmışıq”,- deyə bildirib.

Qeyd edək ki, “AzFinans” İnvestisiya şirkəti, “Khazar Venture” və “SUP.az” şirkətləri Müsabiqənin investisiya tərəfdaşları dır. Bu şirkətlərin nümayəndələri Münsiflər Heyətində də təmsil olunacaqlar.

www.yenifikir.az veb səhifəsindən istifadə etməklə layihələri qeydiyyatdan keçirmək olar.

“YFM 2017” aşağıdakı xronologiya əsasında həyata keçiriləcək:

Layihələrin “online” qeydiyyatı  – 10 Mart 2017 – 20 Aprel 2017

Layihələrin “online” qiymətləndirilməsi  – 25 Aprel 2017 – 05 May 2017

Yarımfinalçıların elan olunması – 06 May 2017

Yarım Final Proqramının keçirilməsi  – 20 May 2017 tarixinə kimi

Final və Mükafatlandırma Proqramlarının keçirilməsi – 15 İyun 2017 tarixinə kimi