2018-ci ilin 12 ayında Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri 514 milyon ABŞ dolları təşkil edib.
“Bizplus.az” “Azexport” portalının xüsusi buraxılışına istinadən xəbər verir ki, 2017-ci il ilə müqayisədə 2018-ci ildə Azexport.az portalına daxil olan ixrac sifarişləri dəyər baxımından 39 milyon ABŞ dollar artıb. Bu sifarişlər Azexport.az portalına dünyanın 111 ölkəsindən daxil olub.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən idarə olunan azexport.az Azərbaycan mənşəli mallar haqqında məlumat bazası və onların daxili və xarici bazarlarda satışını təmin edən əlverişli və unikal platformadır.