“Azexport” portalı sahibkarlara yeni xidmət təklif edir

Date:

Paylaş:

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “Azexport.az” portalı sahibkarlara yeni xidmət növünü təqdim edir. Belə ki, www.azexport.az portalı dövlət və özəl satınalmaları portallarından on minlərlə elanlar arasında ən uyğununu seçərək onları Azərbaycan sahibkarlarına təqdim edir. Sahibkarlar aydın şəkildə müxtəlif ölkələrdə elan olunan tenderlər və sifarişləri görə və onlardan yararlana bilərlər. Eyni zamanda, portal bu cür tenderlərdə iştirakla bağlı müvafiq dəstək verəcək.

“Azexport” portalının rəhbəri Zaur Qardaşov AZƏRTAC-a bildirib ki, belə bir bölümün yaradılmasında məqsəd Azərbaycanın məhsul və xidmətlərinin xarici ölkələrdə mövcud böyük dövlət və özəl satınalmalarına çıxışını təmin etməkdir. Hazırda bir çox ölkələrdə satınalmalar tamamilə elektron qaydada keçirildiyi üçün bu cür inteqrasiya mümkün olub. Bir çox hallarda tenderlərdə iştirak haqqı tələb olunmasa da, bu cür portallarda qeydiyyat üçün elektron imza, zəmanət sənədləri, illik ödəniş və digər tələblər var ki, bu prosedurların bir hissəsini dövlət öz üzərinə götürərək sahibkara əlavə dəstək ola bilər. Hesablamalar göstərir ki, Azərbaycan sahibkarları məhsullarını birbaşa tenderlər vasitəsilə satmaqla 30-40 faiz əlavə gəlir və davamlı müştərilər əldə edə bilərlər. Eyni zamanda, bu cür platformalara çıxış, bir sıra ənənəvi və yeni sahələrin (məsələn maşınqayırma, IT xidmətləri, tikinti xidmətləri və s.) ixrac imkanlarını xeyli artıra bilər.

Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədi ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzunmüddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...