Əsas səhifə Xəbərlər Yerli biznes xəbərləri “Azercell Telecom” ötən il 100 milyon manat xalis mənfəət əldə edib

“Azercell Telecom” ötən il 100 milyon manat xalis mənfəət əldə edib

145
Paylaş

“Azercell Telecom” MMC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 1 031,883 milyon manat təşkil edib.

Şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin yanvarın 1-i ilə müqayisədə 12,6% çoxdur.

2018-ci ildə “Azercell Telecom”un cəmi öhdəlikləri 10,85% artaraq 97,116 milyon manata, cəmi kapitalı isə 12,8% artaraq 934,767 milyon manata çatıb.

Ötən il “Azercell Telecom”un gəlirləri 421,193 milyon manat (əvvəlki ilə nisbətən 2,4% çox), xərcləri 286,206 milyon manat (27,9% az), maliyyə gəlirləri 746 min manat (52,1% az), mənfəət vergisi ödəmələri isə 35,498 milyon manat (60,2% çox) təşkil edib. Son nəticədə şirkət 2018-ci ili 100,235 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, mobil rabitə operatorunun 2017-ci ildən 19,357 milyon manat zərərlə çıxmışdı.

Xatırladaq ki, “Azercell Telecom” 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 42,08 milyon manatdır. Şirkətin səhmlərinin 51,3%-i Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “AzInTelecom” MMC-yə, 42,2%-i Terkiyənin “Cenay İletisim” şirkətinə, 6.5%-i isı Maltanın “FA Invest” şirkətinə məxsusdur.