Əsas səhifə Nəqliyyat “Azercell” taksi şirkətini məhkəməyə verib, qalib çıxdı

“Azercell” taksi şirkətini məhkəməyə verib, qalib çıxdı

89
Paylaş

Rəsmi adı ilə “Azercell Telekom” MMC olan “Azercell” şirkəti Azərbaycanda taksi xidmətini həyata keçirən Omega Taksi:*0404  (rəsmi adı: “Omega Plus” MMC)  qarşı məhkəmə iddiası irəli sürüb.

Mobil operator Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə (SİİM) müraciət edərək taksi xidməti keçirən şirkətdən 4 596 manatlıq borcun ödənilməsi qərarını çıxarmasını [Azercell-ə] xahiş edib. Məhkəməyə sədirlik Quliyev İsmayıl Rza oğlu tərəfindən aparılıb və 30 dekabr 2019-cu il tarixində qətnamə qəbul edilib.“Azercell Telekom” ММC-nin tələbi aşkardır. Həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə və sadə yazılı formada bağlanmış əqdə əsaslanır.” – deyə SİİM əlavə olaraq şərh verib.

Qeyd edək ki, Banker.az Redaksiyasının əldə etdiyi sənəddə “Azercell” bir-bir hərbirinin hansı məbləğdə borcun yazılmasını siyahı kimi məhkəməyə təqdim edib.

“Omega Plus” MMC 2017-ci ildə Sumqayıt Şəhəri, Bakı Küç, Ev 60 ünvanında qeydiyyata alınıb. Şirkətin qanuni təmsilçisi isə Evgenii Zabırov adlı şəxdir.