Əsas səhifə Xəbərlər Yerli biznes xəbərləri AZAL-ın təyyarəsinin 12 saat gecikmə səbəbi məlum olub

AZAL-ın təyyarəsinin 12 saat gecikmə səbəbi məlum olub

69
Paylaş
AZAL
AZAL

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) ötən gün saat 13:20-də, “J2 076” reysi üzrə Türkiyənin İstanbul şəhərindən Bakıya uçmalı olan sərnişin təyyarəsi təxminən 12 saat gec yola düşüb.

Buna səbəb təyyarənin pəncərəsinin sınması olub.

Son nəticədə avialayner havaya bu gecə saat 01:10-da qalxıb və saat 03:20-də Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.

AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski “Report”a faktı təsdiq edib.

Xatırladaq ki, “J2 076” reysi üzrə uçuşlar “Airbus A340-500” markalı təyyarələrilə həyata keçirilir.