Əsas səhifə Xəbərlər Yerli biznes xəbərləri AZAL Bakıdan Hindistanın ən böyük şəhərinə çarter reysləri həyata keçirəcək

AZAL Bakıdan Hindistanın ən böyük şəhərinə çarter reysləri həyata keçirəcək

97
Paylaş
AZAL
AZAL

 AZAL bu ilin 25 iyun tarixindən etibarən Bakıdan Hindistanın ən böyük şəhərlərindən biri – Dehliyə müntəzəm və çarter reysləri həyata keçirəcək.

AZAL-ın reysləri həftədə bir dəfə – çərşənbə axşamı günləri ekonom və biznes sinif konfiqurasiyalı “Boeing-757” təyyarələri ilə həyata keçiriləcək.

Cari ilin payızından etibarən uçuşların sayı həftədə iki dəfəyə kimi artırılacaq.

Uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportu Terminal 1-dən həyata keçiriləcək.

Dehlini “yeddi imperiyanın paytaxtı” adlandırırlar. Burada Şərqin nadir memarlığı, müxtəlif mədəniyyətlərin birləşməsi, diqqətəlayiq yerlər və unikal hind mətbəxi ahəng yaradır. Dehlinin müasir şəhərətrafı – Nyu Dehlidə müasir və kolonial üslubda binalar, ticarət mərkəzləri, parklar, hər zövqə uyğun əyləncə, teatrlar, möhtəşəm qədim məscidlər və türbələr cəmləşir.