Əsas səhifə Nəqliyyat xəbərləri “AZAL” aviaşirkəti Avropanın birincisi oldu

“AZAL” aviaşirkəti Avropanın birincisi oldu

48
Paylaş

“Azərbaycan Hava Yolları” QSC (AZAL) 2019-cu il üzrə Avropanın ən punktual aviaşirkəti adına layiq görülüb.

Bu barədə AZAL özü məlumat verib.

Bildirilir ki, dünyanın hava səyahətləri üzrə ən böyük məlumat bazası “Official Airline Guide”ın (OAG) hesabatına görə, AZAL bütün planlaşdırılan uçuşların 86,8% -ni vaxtında yerinə yetirərək Avropa aviaşirkətləri arasında I yeri tutub.