“Azərsun Holdinq” şəkər çuğundurunun alış qiymətini artırıb (FOTO)

Date:

Paylaş:

Prezident İlham Əliyevin istehsalatda idxaldan asılılığın azaldılması, o cümlədən zəruri ərzaq məhsulu sayılan şəkər məhsulunun yerli xammal hesabına təmin edilməsi istiqamətində verdiyi tapşırığa uyğun olaraq növbəti uğurlu layihə həyata keçirilməklə davam etdirilməkdədir.

Ölkədə aparılan iqtisadi siyasətə uyğun olaraq “Azərsun Holdinq” İmişli Şəkər Zavodunun istehsal və emal gücünü iki dəfəyə qədər artırıb ki, nəticədə çuğundur əkin sahələri ildən ilə genişləndirilməkdədir.

Holdinqdən Trend-ə verilən məlumata görə, xammalın xarici bazardan asılılığının aradan qaldırılması, xüsusən də şəkər tozu istehsalında xam mal kimi böyük tələbat doğuran şəkər çuğunduru əkin sahələri əvvəlki illərdə 2000-3000 ha təşkil edirdisə, ötən ildən etibarən əkin sahələrinin genişləndirilməsi 10.000 ha-larla artırılmışdır. Bariz nümunə olaraq 2017 təsərrüfat ilində bu bitki üzrə əkin sahəsi 14.000 ha-dək çatdırılmışdır.

Şəkər çuğunduru əknçiliyinin həyata keçirilməsi, bu məhsulun becərilməsində əkinçilik mədəniyyətinin daha da inkişaf etdirilməsi məqsədilə “Azərbaycan Şəkər İstehsalat Birliyi” tərəfindən fermerlərə yaradılan şərait və verilən dəstək bu göstəricinin ildən-ilə daha da artmasını təmin edir. İstehsal müəssisəsi tərəfindən əhalinin sosial rifahının daha yaxşılaşdırılması, iş yerlərinin artırılması, əkinçi və fermerlərərin şəkər çuğunduru əkinçiliyinə marağının artırılması məqsədilə torpaq hazırlığından başlayaraq, toxumun torpağa tətbiqi, sağlam və keyfiyyətli məhsulun əldə edilməsi üçün bitkinin vegetasiya ərəfəsində aqrotexniki xidmətlərin kompleks şəkildə icrası, becərmə işlərinin düzgün və zamanında aparılması, yekunda məhsulun torpaqdan istehsal müəssisəsinədək tədarükü üçün nəqliyyat xərcləri daxil olmaqla müəssisə tərəfindən bütün maddi dəstək göstərilməkdədir. Bu sahəyə göstərilən diqqət və qayğının artırılması, əkinçilərə öz töhfələrinin verməsi üçün müəssisə tərəfindən onlarla yerli aqronom bölgələrdə birdəfəlik işlə təmin edilərək bu sahəyə cəlb edilmişlər. Son 14 illik şəkər çuğunduru əkinçiliyindəki təcrübəsiylə sınaqdan çıxmış torpaq seçimi kriteriyaları, əkin proqramı üzrə texnoloji xəritə, aqrotexniki vasitələrin seçimi, təchizatçı fermərlər ilə işləmə prinsipləri, müştəri nəzarəti və aqrar-müşavirlk xidmətləri sahələrindəki tövsiyyələr Azərbaycan Şəkər İstehsalat Birliyi tərəfindən yerinə yetirilməkdədir.

Bu günlərdə “Azərsun Holdinq” tərəfindən şəkər çuğunduru əkinçiliyi ilə məşğul olan mülkiyyətçilərə dəstək vermək üçün növbəti təsərrüfat ilindən etibarən şəkər çuğundurunun bir tonu üçün alış qiymətinin artırılmasına qərar verilmişdir. Artıq İmişli Şəkər Zavodu şəkər çuğundurunun bir tonunu 60 manata satın alacaq. Bundan əlavə çuğundurun şəkərlilik dərəcəsi 14 faizdən artıq olarsa hər ton üçün əlavə 2 manat ödəniləcək və bir ton üçün maksimal ödəniş məbləği 72 manata çatdırılacaq.

Əkin sahələrinin genişlənməsi və İmişli Şəkər Zavodunun istehsal həcminin artırılması üçün aparılan yenidənqurma və modernizasiya işlərinin aparılması nəticə etibarilə şəkər ixracı həcminin də artırılmasına şərait yaradacaq.

Şəkər çuğundurunun əkinçiliyi və emalı həcminin artması ilə bərabər istehsal zamanı əldə edilən faydalı yan məhsulların da həcmi yüksəlmişdir. İstehsal zamanı ölkənin ərzaq təhlükəsizliyi üçün mühüm strateji əhəmiyyət kəsb edən 25 min tondan artıq melas əldə edilib. Ölkəmizdə çörək mayasının istehsalının əsas xammalı olan melas, əgər əvvəllər ölkə xaricindən idxal edilirdisə, artıq bunu yerli xammal ilə əvəz etmək üçün münbit şəarait yaradılmışdır. İmişli Şəkər Zavodunun istehsal potensialı həm melas, həm yanqar məhsulunun illik istehsal həcminin dəfələrlə artırılmasına şərait yaradır.

Melas istehsalından həmçinin yüksək keyfiyyətli 95-96 % etanol spirt və heyvan yeminə qatqı kimi istifadə edilən vinas əldə etmək mümkündür. Daha dərin emaldan sonra yüksək zülallı, mikroelementlərlə zəngin melas qalığı yenidən yem istehsalında istifadəyə yararlı vəziyyətə gətirilməsi mümkündür. Yaxın gələcəkdə bu məhsuldan daha səmərəli istifadə üçün Melas Qurutma Stansiyasının qurulması nəzərdə tutulub və bu istiqamətdə zəruri addımlar atılır.

Şəkər çuğunduru emalı nəticəsində əldə olunan daha bir vacib yan məhsul isə yanqardır, çuğundurdan əldə edilmiş heyvan yemidir. Yanqar şirəli yem olaraq iri buynuzlu heyvanların süd artımında böyük rol oynayıb, yüksək yağlılıq, protein dəyərinə məxsus südün əldə edilməsinə müstəsna rolu vardır.

Heyvanların südvermə qabiliyyətinin artırılmasına müsbət təsir göstərən yanqarın qablaşdırıldığı bağlamada fermentasiyası həyata keçir ki, bu da fermerlərin işini daha da rahatlaşdırır. Hazırda Azərbaycan Şəkər İstehsalat Birliyi tərəfindən yanqar məhsulu xüsusi avadanlıqlar hesabına qablaşdırılmaqla yerli fermerlərə təqdim edilir.

Əməyin təşkili və təhlükəsizliyi, habelə ətraf mühit və ekologiyanın qorunması məsələlərində Azərsun Holdinqə aid digər müəssisələrdə olduğu kimi, Azərbaycan Şəkər İstehsalat Birliyində də beynəlxalq qəbul olunmuş müvafiq standartlar, ölkə qanunvericiliyi və Holdinq daxili normativ tələblər əsas götürülməkdədir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...