«Azərsun Holdinq»ə məxsus karton kombinatında yanğın baş verib

Date:

Paylaş:

Sumqayıtda karton kombinatında yanğın baş verib.

Yanğın Bakı-Quba yolunun 45-ci kilometrliyində Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən Kağız və Karton İstehsalat Kombinatında qeydə alınıb.

Ümumi sahəsi 5000 kvadratmetr olan kombinatın 500 kvadratmetr ərazidə yerləşən istehsal sahələrindən birində 200 kvadratmetr ərazidə karton məmulatları yanıb.

Dərhal hadisə yerinə Sumqayıt Dövlət Yanğından Mühafizə İdarəsinin 3 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində xəsarət alan olmayıb, araşdırma aparılır.

Qeyd edək ki, sözügedən müəssisə «Azərsun Holdinq»ə məxsusudur və 2014-cü ildə  «Azərsun Sənaye Parkı»nın nəzdində fəaliyyət göstərir. Kombinatın illik emal gücü 50 min tondur

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...