“Azərsu” yeni elektron xidməti istifadəyə verib

Date:

Paylaş:

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçılara göstərilən xidmətlərin asanlaşdırılması, bu sahədə şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə “Su sayğaclarının quraşdırılması müraciəti” adlı yeni elektron xidməti istifadəyə verib.

Bu barədə “Bizplus.az”-a “Azərsu” ASC-dən bildirilib.

Məlumata görə, bu xidmət vasitəsilə istehlakçılar su sayğacının quraşdırılması üçün müraciət edə bilərlər. Bunun üçün vətəndaşlar www.azersu.az saytında “Su sayğaclarının quraşdırılması müraciəti” bölməsini seçməli və şəxsiyyət vəsiqəsinin PİN kodu ilə giriş əldə etməlidir. Müraciət edən şəxs tərəfindən aşağıda qeyd edilən məlumatlar sistemə elektron formada daxil edilməlidir:

Abonent kodu

Müraciətin səbəbi

Müraciət edənin əlaqə telefonu

Müraciət edənin elektron poçt ünvanı

Müraciətlə bağlı qeydlər.

Xidmətdən istifadə etmək üçün sistemə doğru məlumatlar daxil edilməlidir. Əks halda müraciət etibarsız sayılır və sorğunun icrasından imtina edilir.

Məlumatlar daxil edildikdən sonra müraciət qeydiyyata alınaraq icra olunması üçün “Azərsu” ASC-nin müvafiq sukanal idarəsinə yönləndirilir. Burada müvafiq iş əmri yaradılaraq müraciət icraya yönəldilir. İş icra edildikdən – sayğac quraşdırıldıqdan sonra iş əmri (sayğac quraşdırma aktı) tərtib edilir və bir nüsxəsi abonentə təqdim edilir. Yeni xidmət ödənişsiz əsaslarla həyata keçirilir.

Qeyd edək ki, hazırda bu xidmətin “Elektron hökumət” portalına www.e-gov.az inteqrasiyası üzərində iş aparılır. Yaxın gələcəkdə vətəndaşlar www.azersu.az saytı ilə yanaşı, www.e-gov.az portalı vasitəsilə də bu xidmətdən istifadə edə biləcəklər.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...